SON DƏQİQƏ: Zaxarova 15 fevralı Qərb təbliğatının iflasa uğradığı gün adlandırıb

0

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, 15 fevral tarixə “Qərbin müharibə təbliğatının iflasa uğradığı gün” kimi düşəcək.

İctimairey.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

2021-ci ilin payızından bəri Qərbdə Rusiyanın Ukraynaya gözlənilən “işğalına” dair şayiələr fəal şəkildə yayılır. Eyni zamanda, Amerikanın Bloomberg agentliyi adı açıqlanmayan rəsmilərə istinadən Rusiyanın Ukraynaya hücum tarixi kimi fevralın 15-i adlandırıb.

Zaxarova 15 fevralın artıq gəldiyinə diqqət çəkib.

“2022-ci il fevralın 15-i Qərbin müharibə təbliğatının iflasa uğradığı gün kimi tarixə düşəcək. Onları biabır etdilər və bir güllə belə atmadan məhv etdilər”, – Rusiya XİN-in nümayəndəsi bildirib.

Moskva Ukraynaya “hücum etmək” istəyi ilə bağlı ittihamları dəfələrlə rədd edib və qeyd edib ki, Qərbin qızışdırdığı isteriya Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika və NATO qüvvələri yerləşdirmək üçün bəhanə kimi istifadə olunur.

Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin davranışını “hərbi çılğınlıq” adlandırıb, bunun məqsədi Kiyevi “Donbasda hərbi əməliyyata girməyə” məcbur etmək və ya Minsk razılaşmalarını başqa yolla basdırmaqdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »