Tovuzda kişi odlu silahla qətlə yetirilib.
İctimairey.az “Report”un Qərb bürosunun məlumatına istinadən bildirir ki, 1947-ci il təvəllüdlü Qamət Əliyev qətlə yetirilib.
Onu qətlə yetirməkdə oğlu, 1980-ci il təvəllüdlü Ceyhun Əliyev şübhəli bilinir. C.Əliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.