Ali Radanın deputatı Vadim Rabinoviç ABŞ və Aİ-nin Ukraynaya səfər etməmək çağırışlarını müharibə elanı ilə müqayisə edib.
İctimairey.az bildirir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
“Müharibə başladı! Amma Ukrayna ilə müharibə edən məhz Qərbdir!” – Rabinoviç yazıb. Və daha sonra aşağıdakıları qeyd edib:
Onun fikrincə, amerikalılara və avropalılara Ukraynanı tərk etmək tövsiyələri, diplomatların ölkədən çıxarılması, investorların ölkədən getməsi, hava nəqliyyatının dayandırılması ilə bağlı xəbərlər – “bu, ən güclü sanksiyalara bərabərdir”.
“Gələn həftədən iqtisadiyyatımız sadəcə dayana bilər” Rabinoviç deyib.
2021-ci ilin noyabrında ABŞ Moskvadan Ukrayna ilə həmsərhəd zonada “qeyri-adi hərbi fəaliyyətə” aydınlıq gətirməsini tələb edib və Aİ-ni regionda mümkün münaqişə riski barədə xəbərdar edib. Rusiyada bu bəyanatlar yalan adlandırılır.
ABŞ, Aİ və G7 liderləri Ukrayna böhranının kəskinləşəcəyi təqdirdə Rusiyanı “böyük nəticələrlə” hədələyiblər.
Fevralın 12-də Dövlət Departamenti kritik olmayan Amerika səfirliyinin əməkdaşlarının Ukraynadan təxliyə edildiyini elan edib. Departamentdən bildirilib ki, səfirlik Lvovda yalnız kiçik konsulluq nümayəndəliyini saxlayacaq.
Almaniya Xarici İşlər Nazirliyi Kiyevdəki diplomatlarının sayını azaldacağını və baş konsulluğunu Dneprdən Lvova köçürəcəyini açıqlayıb. Eyni qərarı Hollandiya, Kanada və Avstraliya da verib.
“Biz görüş xahiş edirik”: Kiyev Rusiya Federasiyasının hərəkətlərini müzakirə etməyi tələb edir.
Rusiya “Kiyev rejimi və ya üçüncü dövlətlər tərəfindən mümkün təxribatlar” təhlükəsini əsas gətirərək, Ukraynadakı rus diplomatlarının heyətini “optimallaşdırmaq” qərarına gəlib.
20-dən çox ölkə öz vətəndaşlarını Ukraynanı tərk etməyə və ölkəyə getməməyə çağırıb.
Bunu şərh edən Ukrayna prezidenti Vladimir Zelenski ona “əgər varsa, 100% işğalla bağlı əlavə məlumatın” verilməsini istəyib. Onun sözlərinə görə, son günlər yayılan məlumatlar “yalnız panikaya kömək edir” və Ukraynaya kömək etmir.