Ukraynalı oliqarxların ölkəni tərk etməyə başladığı xəbərləri yayılıb.
Ölkənin ən zəngin sakinləri Ukrayna ərazisini tərk edirlər. Bu, “Meydan”da baş verən son hadisələr fonunda baş verir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ və Ukrayna liderləri Co Bayden və Vladimir Zelenski arasında telefon danışığı olub. Söhbət zamanı Ukrayna prezidenti yenidən Vaşinqtondan hərbi və maliyyə yardımı, həmçinin Baydendən təcili olaraq, Ukraynaya gəlməsini istəyib.
Bundan sonra Kiyev hakimiyyəti Rusiya, eləcə də Vyana Təhlükəsizlik Müqaviləsi tərəfləri ilə görüş tələb edib.
İctimairey.az məlumatlar fonunda xəbər verir ki, yerli oliqarxlar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb. Qeyd olunur ki, Kiyevdən Nitsa, Vyana və Kiprə doğru hərəkət edən 20-yə yaxın şəxsi biznes təyyarəsi havaya qalxıb.
Bundan əvvəl Ali Radanın “Müxalifət Platforması – Həyat Naminə” partiyasından olan deputatı Vadim Rabinoviç Ukraynada “müharibə”nin başladığını bəyan edib.
Qeyd edək ki, deputatlara ölkəni tərk etmək qadağan edilib.
Ukrayna mediyasının məlumatına görə, 50 nəfərlik şəxsi təyyarəni Ali Radanın Müxalifət blokundan olan deputatı – milyonçu İqor Abramoviç sifariş edib. Təyyarə Abramoviçin partiyadaşlarının qohumlarını və biznes tərəfdaşlarını Kiyevdən Vyanaya aparmalıdır.
Qəzet həmçinin yazır ki, azı səkkiz iş adamı daha əvvəl Ukrayna ərazisini tərk edib, onların arasında deputatlar da var.