Fars körfəzində qaçaq yanacaq daşıyan iki qayıq SEPAH-ın Hərbi Dəninz Donanmasının bölmələri tərəfindən ələ keçirilib.
Axar.az xəbər verir ki, bu barədə İran Hörmüzqan vilayətinin Ədliyyə İdarəsinin rəhbəri Müctəba Qəhrəmani məlumat yayıb.
“Qaçaqmalçılar bu yanacağı Fars körfəzindəki ölkələrə daşımağa çalışırdılar, lakin qayıqlar kəşfiyyat nəzarəti və dəniz piyadalarının koordinasiyalı əməliyyatı ilə ələ keçirildi”, – Qəhrəmani bildirib.