ABŞ administrasiyasından Rusiyaya növbəti xəbərdarlıq

0

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan vurğulayıb ki, ABŞ administrasiyası Rusiyanın yaxın günlərdə Ukraynaya hərbi müdaxilə planlaşdırdığına dair kəşfiyyat məlumatlarını hələlik təsdiqləmək istəmir, lakin ABŞ hər hansı bir qəfil hücumun qarşısını almağa çalışacaq.

“Biz hücum gününü dəqiq proqnozlaşdırmaq iqtidarında deyilik, lakin bir müddətdir ki, Rusiya ilə Ukrayna arasında işğalın və ciddi hərbi əməliyyatların istənilən gündə, o cümlədən qarşıdan gələn son həftədə başlaya biləcəyi vaxtın yetişdiyini deyirik.

Modern.az xəbər verir ki, CNN-ə danışan Sullivan, Rusiya hərbi qüvvələrinin sərhəddə öz imkanlarını o dərəcədə artırdığını, istənilən bəhanə ilə hücumu həyata keçirə biləcəyini söyləyib

“Onların (Rusiya hakimiyyətinin) öz qüvvələrini necə gücləndirməsindən, bu qüvvələrin necə manevr etməsindən çox yaxın gələcəkdə böyük hərbi əməliyyatların mümkünlüyü açıq şəkildə göz qabağındadır”, – deyə prezidentin müşaviri bildirib.

Bununla bağlı Bayden administrasiyası Ukraynadakı Amerika vətəndaşlarını işğal təhlükəsi səbəbindən tez bir zamanda ölkəni tərk etməyə çağırıb.

Pentaqonun sözçüsü Con Kirbi “Fox News” telekanalına müsahibəsində “Ukraynadakı amerikalısınızsa, oradan çıxmalısınız” deyib.

Ceyk Sallivan Rusiya qüvvələrinin potensial hərbi əməliyyatının konkret təfərrüatlarına varmayıb, lakin ABŞ-ın kəşfiyyat məlumatlarını Ukrayna və NATO müttəfiqləri ilə bölüşdüyünü vurğulayıb. O, xəbərdarlıq edib ki, Rusiyanın işğalı hər iki tərəfdən çoxlu sayda mülki itki ilə nəticələnəcək.

“Rusiyanın işğalı “raket və bomba zərbələri ilə başlayacaq” və ardınca “Ukrayna sərhədindən qurudan hücum” davam edəcək”, – Sallivan deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »