İctimairey.az xəbər verir ki. FHN-in Mətbuat Xidməti bu barədə məlumat verib. Qeyd edilir ki, hadisə Kürdəmir rayonunun Ərəbxana kəndində baş verib.
Yanğın kənd sakini İsmayılov Kənan Zöhrab oğluna məxsus mağazada baş verib, qısa müddətdə alov dalğası bütöv mağazanı əhatə edib. Nəticədə mağazadakı satış malları yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Mağaza sahibinin sözlərinə görə, obyekt qəsdən yandırılıb və ona ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.