İnterneti qadağan edilən 15 yaşlı oğlan valideynlərini öldürüb və 3 gün meyitləri ilə eyni evdə yaşayıb!

0

İspaniyada məktəbdəki zəif performansına görə ailəsi tərəfindən internetə çıxışı qadağan edilən 15 yaşlı uşaq əsəbiləşərək, anasını, atasını və qardaşını ov tüfəngi ilə öldürüb. Meyitlərlə 3 gün eyni evdə yaşayan uşaq hadisəni yaxınlarına etiraf edib.

İspaniyanın cənub-şərqindəki Elche şəhərindən olan 15 yaşlı uşaq internet üzərindən ailəsi ilə mübahisə etdikdən sonra, valideynlərini və kiçik qardaşını öldürdüyünü etiraf edib. Qətl xəbəri İspaniyanı şoka salıb.

MƏKTƏBDƏ AŞAĞI QİYMƏTLƏR ALDIĞINDAN İNTERNETİ QADAĞAN EDİLİB

Polis cümə günü üç nəfərin qətlində təqsirləndirilən adı açıqlanmayan oğlanın həbsini təsdiqləyib. İspaniya mətbuatının yazdığına görə, mübahisə oğlanın məktəbdə aşağı qiymət almasından sonra baş verib. Yerli mətbuatın yazdığına görə, uşağın anası onun məktəbdə zəif oxuması və ev işlərinə kömək etməkdən imtina etməsi nəticəsində cəza olaraq, onun internetə çıxışını kəsib. Oğlan anasını ov tüfəngi ilə öldürüb, daha sonra evə gələn və hadisəni görən atasını və 10 yaşlı qardaşını eyni silahla qətlə yetirib.

3 GÜN ÖLÜLƏRLƏ BİR EVDƏ QALIB

Üç gün ailəsinin meyitləri ilə eyni evdə qalan oğlan ailədən xəbər ala bilməyəndə narahat olan yaxınlarına etdiklərini etiraf edib. Polisin həbsindən sonra, oğlan saxlanıldığı  Polis İdarəsində 3 nəfəri öldürdüyünü rəsmən etiraf edib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »