Rusiya Müdafiə Nazirliyi bildirir ki, Moskva vaxtı ilə saat 10:40-da Kuril silsiləsində Urup adasının yaxınlığında Amerikanın “Virciniya” sualtı qayığı aşkar edildikdən sonra, onun ekipajına “dərhal suya qalxmaq” əmri verilib. Gəminin ekipajı tələbi qulaqardına vurub, bundan sonra rus freqatı xüsusi vasitələrdən istifadə edib və sualtı qayıq Rusiyanın ərazi sularını “maksimum sürətlə” tərk edib.
“Səsli sualtı rabitə rejimində xarici sualtı qayığın ekipajına rus və ingilis dillərində mesaj verilib: “Siz Rusiyanın ərazi sularındasınız. Dərhal qalx!” Amerika sualtı qayığının ekipajı Rusiya tərəfinin tələbinə məhəl qoymayıb”, – Müdafiə Nazirliyindən bildiriblər.
Sakit Okean Donanmasının “Marşal Şapoşnikov” freqatının ekipajı “uyğun vasitələrdən” istifadə etdikdə, Amerika sualtı qayığı özüyeriyən simulyatordan istifadə edərək, hədəfi radar və akustik idarəetmə vasitələrinə bölüb.
Bundan sonra o, “Rusiya Federasiyasının ərazi sularını maksimum sürətlə tərk edib”.