SON XƏBƏR: Ermənistan milləti Türkiyə ilə yaxınlaşmanın əleyhinədir

0

Son vaxtlar Ankara-İrəvan xəttində normallaşma prosesi davam edərkən, Ermənistanda aparılan sorğu nəticəsində bu prosesin erməni cəmiyyəti tərəfindən qəbul edilmədiyi məlum olub.

“Gallup” araşdırma şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşları Ankara ilə İrəvan arasında normallaşma prosesi və sərhədlərin açılmasından narahatdırlar.

Gallup-un direktoru Aram Navasardyan bildirib ki, İrəvanda 800 iştirakçının daxil olduğu sorğuda respondentlərin 6,9 faizi sərhədlərin açılmasını tam dəstəkləyir, 15,6 faizi dəstəkləyir, 7,6 faizi bunu istəmir, 54,6 faizi isə ümumiyyətlə dəstəkləmir.

Digər tərəfdən, İrəvanda keçirilən sorğuda təxminən 31 faiz Ermənistan hökumətinin türk mallarına tətbiq edilən embarqonu aradan qaldırmaq qərarını dəstəklədiyi halda, iştirakçıların 49 faizi embarqonun ləğvinə qarşı olduğunu bildirib.

Həmçinin bildirilib ki, 800 iştirakçı ilə telefon vasitəsilə aparılan sorğu 24 yanvar-2 fevral tarixləri arasında aparılıb.

Qeyd edək ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilib ki, “Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində iki ölkənin xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında növbəti görüş fevralın 24-də Vyanada keçiriləcək”.

 

 78 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »