Hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

0

Fevralın 11-də “N” hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
İctimairey.az–a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən daxil olan məlumata görə, əlamətdar gün münasibətilə Müdafiə nazirinin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə digər çıxış edənlər hərbi hissənin yaranma tarixindən, Vətən müharibəsində keçdiyi döyüş yolundan və qarşısında duran vəzifələrdən danışıblar. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində hərbi hissənin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, eləcə də şəxsi heyətin sosial-məişət şəraiti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər.
Sonda xidmətdə fərqlənən, yüksək  nizam-intizamı ilə seçilən hərbi qulluqçular fəxri fərmanla təltif olunublar.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında konsert proqramı ilə başa çatıb.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »