Hesabat-seçki konfransı Gənclər və İdman Naziriliyinin inzibati binasında keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün, ikinci federasiyadakı postundan istefa verməli olub.