Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

0

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova Misirin paytaxtı Qahirədə keçirilən “Afrika elm, texnologiya və sosial elmlərdə cari tədqiqatlar” V beynəlxalq konfransında iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı şərqşünas konfransda “Misir ədəbiyyatında “Yeni dalğa” ədəbi cərəyanı və nümayəndələri” mövzusunda məruzə edib. Xumar Ələkbərovanın bu ədəbi cərəyanın yaranmasını şərtləndirən həmin dövr Misir reallıqlarını ehtiva edən məruzəsi maraqla qarşılanıb. Məruzədə “Yeni dalğa” ədəbiyyatının xarakterik cəhətləri, əsas vəzifələri ən tanınmış nümayəndələrinin yaradıcılığı əsasında açıqlanıb. Məruzəçi “Yeni dalğa” yazarlarının iştirakı ilə Misir ədəbiyyatı tarixində fərqli inkişaf mərhələsi, yeni ədəbi məktəbin bünövrəsinin qoyulduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə bu mötəbər elmi platforma 2021-ci ilin oktyabr ayında dünyanın 20-dən çox ölkəsini təmsil edən elm adamlarını bir araya toplamaqla Liviyada təşkil olunmuşdu.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »