İranın Ermənistandakı səfiri: Sünik bölgəsində baş konsulluğun açılma vaxtı yaxın vaxtlarda açıqlanacaq
İranın Sünik bölgəsində baş konsulluğunun açılış vaxtı çox yaxında açıqlanacaq.
İctimairey.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da jurnalistlərlə söhbətində belə deyib.
O, izah edib ki, baş konsulluğun açılması üçün, müəyyən inzibati proseslər tələb olunur. Onun sözlərinə görə, bu proseslər gedir. “Həm Ermənistan, həm də İran tərəfi prosesi başa çatdırmalıdır”, – səfir vurğulayıb.
Qeyd edək ki, İran Sünik vilayətinin inzibati mərkəzi olan Kafanda da konsulluq açmağı da planlaşdırır.
“Konstitusiyanın 138-ci maddəsinə əsasən, Nazirlər Şurası Xarici İşlər Nazirliyinin Ermənistanın Kafan şəhərində baş konsulluğun açılması təklifini təsdiqləyib”, – məlumatda deyilir.
Ermənistan Xarici İşlər Nazirliyi İran hökumətinin Kafanda baş konsulluq açmaq qərarına toxunaraq qeyd edib ki, Ermənistan da İranda baş konsulluğun açılması üzərində işləyir.