2022-ci il Olimpiadasında qalmaqal: Rusiya fiqurlu konkisürənlərə qızıl mükafat verilmir

0

Pekin Olimpiadasında rusiyalı fiqurlu konkisürənlərin mükafatlandırma mərasimi rusiyalı idmançılardan birinin dopinq testindən keçməsi səbəbindən təxirə salına bilər.

İctimairey.az xəbər verir ki,  bu barədə “Inside the Games” portalı  məlumat yayıb.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) daha əvvəl bildirmişdi ki, təxirə salınma səbəbi, Beynəlxalq Konkisürmə İttifaqından (BKİ) hüquqi məsləhət tələbidir.

2022-ci il Olimpiadasında fiqurlu konkisürmə üzrə komanda turniri fevralın 7-də başa çatıb. Ruslar qızıl, ABŞ gümüş, Yaponiya bürünc medal qazanıb.

Rusiya komandasının tərkibində Kamilə Vəliyeva, Mark Kondratyuk, idman cütlüyü Anastasiya Mişina və Aleksandr Qalyamov, eləcə də rəqs cütlüyü Viktoriya Sinitsina və Nikita Katsalapov Olimpiya çempionu olublar.

Fevralın 8-də baş tutmalı olan mükafatlandırma mərasiminin təxirə salınması daha sonra məlum olub.

BOK-un kommunikasiyalar üzrə direktoru Mark Adams mərasimin yeni tarixinin hələ açıqlanmadığını bildirib.

“Bu barədə demək olar ki, heç nə deyə bilmərəm. Tək bildiyimiz odur ki, federasiyanın hüquqi məsləhətinə ehtiyacımız var. Sual yenicə ortaya çıxsa da, hər şeyi biləndə dərhal sizə məlumat verəcəyik” deyib.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »