Üzərimizdən istiqamətini dəyişərək keçən yüklərin səsi artıq şimaldan gəli

0

Son 17 ildə Azərbaycanda həyata keçirilən beynəlxalq və regional iqtisadi layihələr ölkəmizi regionda əsas iqtisadi gücə çevirib. Bu, bir tərəfdən yeni iş yerlərinin yaradılmasına, digər tərəfdən ayr-ayrı qurumların gəlirlərinin artmasına və bununla yanaşı, büdcəyə daxilolmaları artırmaq məqsədi daşıyır. Həmçinin, özəl sektorun inkişafı üçün daha geniş imkanlar yaradır.

Belə iqtisadi layihələrdən biri də tranzit yükdaşımaların həcminin artması məqsədilə görülən işlərdir. Bu gün Azərbaycan Qərbdan (Türkiyə, Aİ), Cənubdan (İran və Hindistanla), Şimaldan (Rusiya ilə) keçən yolları birləşdirən dəmir yolu xətlərinin kəsişdiyi xaba çevrilmişdir. Tranzit yüklərin bu dəmir yolları vasitəsilə daşınaraq Qərb ölkələrinə, Cənubdan İran və Hindistana, Șimaldan Rusiyaya daşınması üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi əsas nəqliyyat qovşağı yaradılıb.

Onu da qeyd edək ki, əsası 1902-ci ildə qoyulmuş Bakı Limanı Xəzərin ən böyük limanıdır. 2015-ci ildə isə bu limana yeni nəfəs verilib. Beləliklə, Azərbaycanın tranzit yüklərin daşınması üçün potensialı çox böyükdür. Bəs realliqlar necədir?

“Report”un Rusiyanın Həştərxan vilayətinin Beynəlxalq Əlaqələr Agentliyinin saytına istinadən əldə etdiyi məlumata görə bu günlərdə Türkmənistandan ixrac olunan karbamid yükü çox təəssüflər olsun ki, Azərbaycan üzərindan deyil, Rusiya Federasiyasına məxsus Kutum stansiyası üzərindan aşırılaraq Novorossiysk limanına, oradan da alıcılarına göndərilir. 2000 ton tranzit yükün bizim üzərimizdən deyil, başqa yolla getməsi Azərbaycan dəmir yollarının, liman va logistik şirkətlərin itkisidir.

Bu gün 2000 ton yük, sabah Azərbaycanın 20 milyon ton yük itirməsi deməkdir. Gördüyümüz kimi, bizim üzərimizdən istiqamətini dəyişərək keçən yüklərin səsi artıq şimaldan gəlir. Aidiyyatı qurumlar təxirəsalınmaz tədbirlər görməlidir ki, sabah bu səs Qərb və Cənub ölkələrindən də gəlməsin. Bunun üçün isə tranzit daşımalar və bütövlükdə nəqliyyatın, iqtisadiyyatın inkişafını istəyiriksə bu barədə aidiyyatlı qurumlar düşünməli və özəl sektorda olan daşıyıcı şirkətlərə barabərhüquqlu münbit şərait yaratmalıdırlar.
Əks halda itkilər 10 milyon manatlarla deyil, 100 milyon manatlarla ölçülə bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »