Çin hakimiyyəti Pekin Olimpiadasına gələn insanlar arasında koronavirusa daha 10 yeni yoluxma halı aşkarlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə təşkilat komitəsi məlumat yayıb.
Bildirilib ki, fevralın 5-də Çinə 305 nəfər gəlib, onlardan 190-ı idmançı və rəsmi şəxslər, 115-i komanda nümayəndələridir. Hava limanında və Olimpiya kəndinin mehmanxanasında aparılan PCR testləri nəticəsində 10 yeni yoluxma halı aşkarlanıb ki, onlardan da 6-sı idmançı və rəsmi şəxslər, 4-ü isə komanda nümayəndələridir.
Qeyd edək ki, Azərbaycan milli komandası “Pekin-2022”də iki idmançı ilə təmsil olunur. Onnlar fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq.