DƏHŞƏTLİ QƏTL: Goranboyda bacı-qardaşı qətl edən şəxs saxlanıldı.

0

Goranboy rayonunda bacı-qardaşın qətlinin bəzi təfərrüatları məlum olub.

İctimairey.az –a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, kəndin yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın kəsici alətlə qətlə yetirilmiş meyitləri tapılıb.

Qeyd edilir ki, bacı və qardaş kəndin yaxınlığındakı  torpaq sahəsində olan zaman rayon sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevlə mübahisələri yaranıb. Mübahisəyə səbəb elə hadisənin törədildiyi yerdəki torpaq sahəsi olub.

Haqverdiyev torpağın məhkəmə qərarı ilə ona məxsus olduğunu iddia edərək, avtomobilindəki bıçağı götürərək bacı-qardaşı boyun və digər nahiyələrdən bıçaqlayıb. Hər iki şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qətli törətməkdə şübhəli bilinən İ.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »