SON XƏBƏR: Gəncə Nizami rayon Məhkəmə binasında baş verən yanğın söndürülüb

Gəncə şəhər Nizami rayon Məhkəmə binasında baş verən yanğın söndürülüb.

İctimairey.az –a Fövqəladə Hallar Nazirliyinin (FHN) Qərb bürosundan daxil olan məlumatına görə, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, binanın 3-cü mərtəbəsində olan otaqların birində qeydə alınan yanğının söndürülməsi üçün, 3 yanğınsöndürən avtomobil və canlı qüvvə əraziyə cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, həmin binada Gəncə Ağır Cinayətlər Məhkəməsinin proseslərinin də aparıldığı binadır.

Comments are closed.

Tərcümə »