Gəncə şəhərində yaşayan 22 yaşlı R.Hüseynov qonşu 1964-cü il təvəllüdlü İ.Tağıyevə və onun oğlu 1998-ci il təvəllüdlü A.Tağıyevə mübahisə zəminində bıçaqla xəsarət yetirib.
İctimairey.az xəbər verir ki, həkimlər xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərini qənaətbəxş kimi qiymətləndirib.
Hadisəni törətməkdə şübhəli bilinən isə, polis əməkdaşları tərəfindən saxlanılıb. O, zərərçəkənlərin qonşusudur.
Faktla bağlı araşdırma aparılır.