SON XƏBƏR: Yaponiyada uşaqlara qarşı pis rəftar rekord həddə çatıb

0

Yaponiyada uşaqlara qarşı pis rəftar hallarının sayı 2021-ci ildə 2170-ə çatıb. Məişət zorakılığı halları da 2021-ci ildə 83 min 35 ilə rekord qırıb.

Dünyanın ən təhlükəsiz ölkələrindən biri kimi tanınan Yaponiyada uşaqlara qarşı pis rəftar halları rekord həddə çatıb.

Milli Polis Xidmətinin məlumatlarına görə, uşaq istismarı ilə bağlı araşdırmaların sayı əvvəlki ilə nisbətən 1,7 faiz artaraq, 2021-ci ildə 2170-ə çatıb və bütün ötən illərin ən yüksək səviyyəsindədir.

Bildirilib ki, ölkə daxilində zorakılıq şübhəsi ilə uşaq mərkəzlərinə yerləşdirilən yetkinlik yaşına çatmayan uşaqların sayı əvvəlki ilə nisbətən yüzdə 1,0 artaraq 108 min 50 ilə rekord qırır. Qeyd olunub ki, 80 299 uşaq  mənəvi, 19 185 uşaq fiziki, 8 270 uşaq baxımsızlıq, 296 uşaq isə cinsi zorakılıq şübhəsi ilə müdafiə olunur.

Adam oğurluğu ARTIB

2020-ci illə müqayisədə ötən il 7,5 faiz azalan cinayət işlərinin sayı 568 min 148 olub. Bildirilib ki, COVID-19 epidemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə verilən subsidiyaların saxta yolla alınması ilə bağlı 2192 cinayət qeydə alınıb, ağır cinayətlər, o cümlədən adam öldürmə və quldurluq 1,3 faiz azalaraq 8823-ə düşüb.

Adam oğurluğu cinayəti yüzdə 15,4 artaraq 389-a çatarkən, məişət zorakılığı hadisəsi 83 min 35 ilə rekord qırdığı bildirilir. Bundan əlavə, kibercinayətkarlıq halları 2021-ci ildə əvvəlki illə müqayisədə 24,3% artaraq rekord həddə – 12 275-ə çatıb.

Nəticədə, Yaponiya statistikasında “emosional zorakılıq” göstəriciləri Avropa və Amerika ölkələrinin statistikasındakı göstəricilərdən dəfələrlə yüksəkdir. Belə bir vəziyyətdə həqiqi göstəriciləri müəyyən etmək mümkün deyil.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »