Prezident Ərdoğan Ukraynada – FOTO

0

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə rəsmi görüşlər keçirmək üçün, paytaxt Kiyevə gedib.

Prezident Ərdoğanı Boryspol hava limanında Türkiyənin Kiyevdəki səfiri Yağmur Əhməd Güldere, xanımı Seda Güldere, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar və Ukrayna Xarici İşlər Nazirliyinin rəsmiləri qarşılayıblar.

Həyat yoldaşı Əminə Ərdoğandan başqa, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, daxili işlər naziri Süleyman Soylu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, sənaye və texnologiya naziri Mustafa Varank, ətraf mühit, şəhərsalma naziri və İqlim Dəyişikliyi Murat Kurum, Gənclər və İdman naziri Mehmet Məhərrəm Kasapoğlu, AK Partiya sözçüsü Ömər Çelik, Prezident Müdafiə Sənayesi (SSB) sədri İsmail Dəmir, Cumhurbaşkanlığı Kommunikasiyalar Direktoru Fahrettin Altun və Cumhurbaşkanlığı Sözçüsü İbrahim Kalın iştirak edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə Ukraynanın paytaxtı Kiyevdə İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Naməlum Əsgər abidəsi önünə əklil qoyub.

Bildirilir ki, Ərdoğan daha sonra Marinskiy sarayında rəsmi qarşılanma mərasimindən sonra, Zelenski ilə təkbətək görüşəcək.

Ərdoğan daha sonra iki ölkə arasında Yüksək Səviyyəli Strateji Şuranın Onuncu Toplantısına qatılacaq.
Görüşdə strateji tərəfdaşlıq səviyyəsində Türkiyə-Ukrayna münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə olunacaq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bildirilib ki, Şura iclasından sonra, hər iki ölkənin müxtəlif sahələr üzrə müvafiq nazirlərinin iştirakı ilə imzalanma mərasimi keçiriləcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »