Donetsk Xalq Respublikasının bütün xilasetmə və xüsusi xidmət orqanları Fevralın 2-də DXR ərazisində minalanma ilə bağlı real xəbərlərin yayılması səbəbindən fövqəladə rejimdə çalışıb.
İctimairey.az DXR Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə bildirir ki, respublikada məcburi tədbirlər zamanı 400 binadan 75 mindən çox insan təxliyə edilib.
“Saat 15:00-a olan məlumata görə, polisə Donetsk Xalq Respublikasının 16 yaşayış məntəqəsində yerləşən 400 binada partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Partlayış təhlükəsi 75 000-dən çox insanın təcili təxliyəsini zəruri edib.
Bildirilir ki, DXR Daxili İşlər Nazirliyinin 1000-ə yaxın əməkdaşı vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə cəlb olunub, onlar binalarda potensial təhlükəli maddələrin və əşyaların olub-olmamasına baxış keçiriblər.
Xatırladaq ki, fevralın 2-də səhər saatlarında DXR-in daxili işlər orqanları məktəblərdə minalanma ilə bağlı məlumat almağa başlayıb. Donetskdə 85 məktəbdə partlayıcı qurğu yoxlanılıb.
Qeyd edilir ki, respublikada bu cür xəbərlərə göz yummaq olmaz, çünki onların heç də hamısı yalan deyil.
Xəbər verilir ki, bundan əvvəl Kiyevski rayonunun inzibati binasında partlayış təhlükəsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn partlayıcı üzrə texniki mütəxəssislər əsl güclü partlayıcı qurğusu tapıblar.
DXR Dövlət Təhlükəsizliyi Nazirliyinin məlumatına görə, o, dörd 400 qramlıq trotil blokundan ibarət olub və vurucu elementlərlə təchiz edilib. Mina binanın 3-cü mərtəbəsində yerləşdirilib və mobil telefona zəng etməklə işə salına bilərdi.