Çelik: Türkiyə Azərbaycanın razılığı ilə Ermənistanla münasibətləri normallaşdırmaq siyasəti aparır

0

Türkiyə Azərbaycanın razılığı ilə Ermənistanla münasibətləri normallaşdırmaq siyasəti aparır.

İctimairey.az-a xəbər verir ki,  bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, “Türkiyə Azərbaycan xalqının və dövlətinin yersiz hesab etdiyi heç bir təşəbbüsdə iştirak etməyəcək”.

Ərdoğanın “Ermənistan bu iddialardan uzaq dursa və Azərbaycana qarşı aqressiv münasibətindən əl çəksə, regionun digər dövlətləri, Rusiya, İran və Gürcüstanın iştirakı ilə genişmiqyaslı sülh mexanizmi vizyonu ortaya çıxa bilər”, – deyə Çelik əlavə edib. Ərdoğan regional sülhü təşviq etmək və Qara dənizdə böhranın qarşısını almaq üçün, Azərbaycanın razılığı bu missiyanı qətiyyətlə davam etdirir. “Bir millət iki dövlətdir”.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »