Belə bir deyim var:
“Həyatda təsadüfi heç nə yoxdur, istər mənəvi, istərsə də fiziki cəhətdən; Səni sevsələr də, incitsələr də, nifrət etməyə dəyər insanlar yoxdur”.
Bu dünyada bizə hərarət verənlər də var, başımızı torpağa soxanlar da. Qarşılaşdığınız hər şeydən asılı olmayaraq, kin saxlamamalı, nifrətlə kor olmamalısınız. Əvəzində, bu haqda açıq danışıb, düzgün yaşamağa çalışmalısan.
Anlamalısınız ki, kiminlə qarşılaşırsınızsa, təsadüfi deyil. Qoy səni incitsin, yolunu kəssin, amma əvəzində sənə mütləq nəsə öyrədəcək.
Sizi sevənlər sizə güc verir.
“Həyat axına qarşı üzməyə bənzəyir, gücün çatar qədər çırpınmalısan”.
Həyat uzun və keşməkeşli yollarla dolu bir səyahətdir.
Belə bir deyim də var; “Nə qədər incisən də, səni həyatdakı bütün kədərləri bağışlamağa məcbur edəcək biri həmişə olacaq.”
Bu dünyada yenilməzlər yoxdur, qayğıya ehtiyacı olmayan da yoxdur.
Səni sevənlər başın üstündəki qaranlığı dağıdan, donmuş ürəyini isidə bilən kiçik günəşlər kimidir. Bu, qarşınızdakı bütün çətinliklərlə mübarizə aparmanız üçün, sizə cəsarət verəcəkdir.
Sizi incidənlərin sayəsində, ruhən inkişaf edə, kamilləşə bilərsiniz.
Bu dünyada bəzi insanlar yaxşılığa doğru dəyişmək üçün, dözülməz ağrı və əzablara tab gətirməli olurlar.
Bir inciklik, acılıqla rastlaşdığınız zaman, ona baş qoşub depressiyaya düşməkdənsə, onu motivasiya üçün stimula çevirin, o zaman inciklik sizi əzməz, əksinə daha da gücləndirər.
Bir zəngin adamın nəinki yaxşı oxumadığı, həm də qayğısız bir həyat sürərək, pulu sovurduğu haqqında hekayə var. Ağıllı, dünyagörüşlü bir olmaq üçün oxumaq istəmirdi, çünki onun mehriban atası və ailəsinin xərcləyə biləcəyi çoxlu pulu var idi. Lakin sonradan əmisi oğlu tərəfindən aldadılıb və nəinki ailə biznesini itirib, hətta amansızcasına alçaldılıb.
Bunun sayəsində o, dərhal yetkinləşdi, çünki indi ailəsi ondan tamamilə asılı idi.
O, korlanmış oğuldan ən çirkli və ən ağır işi öz üzərinə götürən bir insana çevrilərək, pul qazanmağa başladı. Daha sonra, yüksəlişi və atasının uzun illər əlaqələri sayəsində əmisi oğlunun əziyyətlə qazandığı ailə biznesini qazandı.
Əzab-əziyyət sayəsində ailənin məsuliyyətini öz üzərinə götürməyi bacaran əsl kişi oldu.
Belə bir deyim də var: “Əzabı yaşamaq, həm də bir təcrübədir.”
İstənilən ağrı, hər hansı bir iztirab nifrət kimi qəbul edilməməli, əzaba həyat nərdivanının hər hansı bir pilləsində özünü möhkəmləndirəcəyin kimi yanaşmalısan.
Yalnız bundan sonra, əzab nəhayət xəzinəyə çevrilə bilər.
Həyatda kiminlə qarşılaşırsansa, ürəyin nifrətlə dolmasın və özünü onun içində boğmayasan.
Hər şeyə minnətdarlıq hissi ilə yanaşın və həyatı xoş ürəklə qəbul edin.
Əgər siz həmişə ümidli və həvəslisinizsə, o zaman görəcəksiniz ki, əslində sizi sevənlər də, sizi incidənlər də, sonda sizin üçün bir gəmi olacaq.
Esmira ŞÜKÜROVA.