Alimlər günəşin partlaması səbəbindən geomaqnit qasırğası barədə xəbərdarlıq ediblər
Mütəxəssislər geomaqnit qasırğasının fevralın 2-də və 3-də də davam edə biləcəyini bildiriblər.
Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzinin mütəxəssisləri günəş plazmasının partlaması ilə əlaqədar fevralın 2-3də orta intensivlikli geomaqnit qasırğasının (G2, mümkün beşin ikinci səviyyəsi) başlanacağını proqnozlaşdırıblar.
İctimairey.az xəbər verir ki, bu barədə çərşənbə axşamı təşkilatın saytında məlumat verilib.
Yanvarın 29-da tədqiqatçılar tac kütləsinin atılması ilə əlaqəli məşəl – günəş plazmasının buludunu qeydə aldılar. Yerə doğru hərəkət edən bu buludun təxmini sürəti saniyədə 662 kilometrdir.