Pekin-2022″ Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.
İctimairey.az xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef de-missionu Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.
Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər – Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.
Qeyd edək ki, Pekin olimpiadası fevralın 4-dən 20-dən keçiriləcək.
Comments are closed.