SƏBƏBİ MƏLUM OLDU: Daşkəndli ana qızını niyə ayı barelinə atıb?

0

İctimairey.az  Özbəkistanın Ailə Məsələləri Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Daşkənd sakini üç yaşlı qızını qonur ayının volerinə atıb. Sən demə, əri Rusiyaya işləməyə getdiyi üçün qadın depressiyaya düşüb.

Vətəndaş Z.T. iki uşağı ilə Daşkəndin Sergeli rayonunun Kumarik məhəlləsində atasına məxsus mənzildə yaşayır. Məlum olub ki, qadın ərinin Rusiyaya getdiyi və onunla yaşamadığı üçün depressiyaya düşüb.

Beş metr hündürlükdən yıxıldıqdan sonra, uşaq açıq kəllə-beyin travması və beyin silkələnməsi alıb, deyə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Ayı xoşbəxtlikdən uşağa toxunmayıb. Onun anası adam öldürməyə cəhddə ittiham olunur və onu 15 il həbs gözləyir. Ailə İşləri Nazirliyi qadının heç bir yerdə işləmədiyini, ona və övladlarına dəfələrlə sosial yardım göstərilməsinə aydınlıq gətirib.

 35 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »