Dünyanın ən nüfuzlu və mübahisəli mükafatlarından biri olan Nobel Sülh Mükafatına namizəd olan bəzi adlar ictimaiyyətlə paylaşılıb.
Bildirilib ki, bu ilin oktyabrında sahibini və ya sahiblərini tapacaq Nobel Sülh Mükafatına ingilis naşir Devid Attenboro, Ümumdünya Səhiyyə Təşkilatı və belaruslu dissident Svetlana Tsixanouskaya da daxil olmaqla bir çox adın namizədliyi irəli sürülüb.
Britaniyanın Reuters xəbər agentliyi, adətən açıqlanmayan namizədlərin adlarını paylaşan qrupun Norveç səlahiyyətliləri olduğunu və bu insanların son illərdə qalibləri və insanları düzgün proqnozlaşdırdıqlarını xatırladıb.
Digər tərəfdən, namizədlər arasında Tuvalunun xarici işlər naziri Simon Kofe və Roma Papası Fransisin də olduğu, 2019-cu il istisna olmaqla, 2014-cü ildən Nobel Sülh Mükafatına Norveç siyasətçilərinin namizəd göstərildiyi bildirilir. Qrup həmçinin ötən il bu mükafatı qazanan jurnalistlərdən biri olan Mariya Ressanı da irəli sürüb.
95 yaşlı Attenboro xüsusilə təbiət və ətraf mühitlə bağlı əsərləri ilə mükafata namizəd olub.
Digər tərəfdən Tuvalunun xarici işlər naziri Simon Kofe qlobal iqlim böhranına reaksiya ilə bağlı verdiyi açıqlamalarla gündəmdə olub və bu səbəbdən namizəd göstərilib.
Son illərdə Nobel Sülh Mükafatı laureatları arasında ekoloqlar və ətraf mühit fəallarının olduğu məlum olsa da, keniyalı fəal Vanqari Maathai və ABŞ-ın keçmiş vitse-prezidenti Al Qore kimi adlar mükafata layiq görülüb.
Nobel Sülh Mükafatına namizədlərin irəli sürülməsi üçün son tarix dünən başa çatıb.
Comments are closed.