MARAQLI: Moskva və Vaşinqton niyə bir-birini sualtı qayıqlarla qorxudur?

0

Rusiyanın Nyu-York yaxınlığında “Zirkon” daşıyan nüvə sualtı qayığı ABŞ üçün kabusdur”

Təlimlər çərçivəsində Rusiyanın nüvə sualtı qayıqları Atlantik okeanına – ABŞ sahillərinə göndərilib,

İctimairey.az bildirir ki, bu barədə American Defence News portalı Pentaqondakı mənbəyə istinadən xəbər verib. Buna cavab olaraq bir qrup konqresmen ABŞ prezidentindən Amerika sualtı qayıqlarını Aralıq dənizinə, eləcə də Uzaq Şərqə, Rusiya sahillərinə və Şimal okeanına göndərməyi tələb ediblər.

“Rusiya ABŞ-ın şərq sahillərinə bir qrup sualtı qayıq göndərib. Formal olaraq bu, müntəzəm təlim manevrlərinin bir hissəsi kimi həyata keçirilir. Eyni zamanda, yüksək rütbəli məlumatlı mənbənin sözlərinə görə, Pentaqon sualtı qayıqların sayının adətən patrul təlimlərində iştirak edənlərin sayından çox olduğunu qeyd edib. Bu sualtı qayıqlar nüvə başlıqlarına malik ballistik raketlərlə təchiz olunub”, – “Defence News” yazır.

Portalın yazdığına görə, Amerika sualtı qayıqlarının Rusiya dəniz sərhədlərinə, eləcə də Aralıq dənizinə yaxın göndərilməsini tələb edən ABŞ konqresmenlərinin birgə qrupunun müraciəti bununla bağlıdır.

Hərbi ekspert, 1-ci dərəcəli kapitan Vasili Dandykin bildirib ki, “Rusiya nüvə sualtı qayıqları okeanların müxtəlif yerlərində, o cümlədən ABŞ sahillərində və Meksik körfəzində  daim döyüş növbətçiliyindədirlər. – İndi Hərbi Dəniz Qüvvələrinin belə imkanları var, o cümlədən bildirib ki,  bu nüvə layihələrinin yeni Borey və Yasen sualtı qayıqlarının istismara verilməsi ilə əlaqədardı. Qayıqlar estakadada dayana bilməz – hər birində iki növbəli ekipaj var və uzun səfərin müddəti altı aya qədər uzana bilər. Belə bir nüans da var ki, – bir qayda olaraq, sualtı qayıqlar cüt-cüt döyüş növbəsinə çıxır, strateji nüvə raket daşıyıcısını çoxməqsədli qayıqlar müşayiət edir və bu, artıq zərbə qrupudur.

Dəniz hüququ üzrə mütəxəssis, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada Tədqiqatları İnstitutunun elmi işçisi Maksim Aleşin hesab edir ki, bu halda Amerikanın reaksiyası “Moskvada narahatlığa səbəb olmayacaq”.

“Fakt budur ki, Amerika sualtı qayıqları ənənəvi olaraq, Şərq yarımkürəsində – həm Şimal okeanında, həm də Sakit okeanda çox sıx şəkildə mövcuddur. Biz buna öyrəşmişik, onları izləyirik. Rusiya da öz növbəsində son illər çox təmkinli olub. Atlantikadakı sualtı karvanlarımız nisbətən nadirdi.

Buna görə də, bizim tərəfimizdən hər hansı bir artan fəaliyyət amerikalılarda ağrılı reaksiyaya və hətta çaxnaşma hissinə səbəb olur. Bu, onlara SSRİ-nin mövcudluğunu xatırladır”, – Alyoşin bildirib.

Admiral, Qara Dəniz Donanmasının keçmiş komandanı Vladimir Komoyedov da bu fikirlə razılaşıb.

“Bir vaxtlar güclərin zirvəsində Sovet sualtı qüvvələri dünya okeanlarının 70%-nə nəzarət edirdi”, – Admiral Komoyedov bildirib. – Təbii ki, belə səmərəli nəzarətin həyata keçirilməsi üçün, əsas şərtlərdən biri gəmilərin və ekipajların dənizdə sistemli şəkildə olması idi. Və Rusiyanın döyüş sualtı donanmasının istifadəsinin əməliyyat tempinin hazırkı artımı çox müsbət siqnaldır. Rusiya haqlı olaraq öz strateji nüvə triadasının bərpasını bəyan edə bilər. Təxminən 30 ildir ki, amerikalılar dənizin dərinliklərində hökmranlıq edirdilər, lakin indi bu vaxt daralır”.

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »