İNTİHAR: Bakının Lökbatan qəsəbəsində məktəbli qız özünü asdı

0

Yaşadığı evdə məktəbli intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Qəsəbə sakini 16 yaşlı Möminə Xəlil qızı Qəribli yaşadığı evdə özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

M.Qəriblinin məktəbli olduğu bildirilir.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 116 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »