Tramp:  Baydenin korrupsiyası Konqres tərəfindən araşdırılacaq və ifşa olunacaq

0

ABŞ-ın keçmiş prezidenti Tramp respublikaçıların qələbəsi ilə Baydenə qarşı təhqiqat aparacağını , ona qarşı korrupsiya araşdırması vəd edir vəd edib.

İctimairey.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatının Konro şəhərində keçirilən mitinqdə tərəfdarları qarşısında çıxış edərkən, Konqres Respublikaçıların nəzarətinə qayıdan kimi, onun xələfi Co Baydenə qarşı korrupsiya təhqiqatına başlayacağı ilə hədələyib.

Tramp ümid etdiyini bildirib ki, onun Respublikaçılar Partiyasından olan həmkarları bu il noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatasında və Senatda səs çoxluğu əldə edəcəklər.

Əmin olun ki, Respublikaçılar Konqresi geri qazandıqda, Baydenin korrupsiyası Konqres tərəfindən araşdırılacaq və ifşa olunacaq.<…> Baydenlərin Çindən götürdüyü milyonlarla dollar da Co-nun Çin Kommunist Partiyasını  – Virus bizə və dünyanın qalan hissəsinə yayılıb – cinayətə görə,  məsuliyyətə cəlb etməkdən imtina etməsinin səbəbini izah edir, – deyə eks-prezident söz verib.

Qeyd edək ki, Ağ Evin hazırkı rəhbəri, xüsusən də Ukraynanın Burisma şirkətinin idarə heyətində yer alan,  oğlu Hunterin çoxsaylı xarici biznes layihələrində iştirakı ilə bağlı ittihamları rədd edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »