SON XƏBƏR: Sercio Mattarella yenidən İtaliya prezidenti seçilib

0

Mattarellanın andiçmə mərasimi fevralın 3-nə planlaşdırılıb, bundan sonra o, dövlət başçısı kimi ikinci yeddi illik fəaliyyətinə başlayacaq.

İtaliyanın hazırkı prezidenti Sercio Mattarella ikinci müddətə yenidən seçilib.

İtaliya parlamentində keçirilən səsvermənin səkkizinci turunda o, tələb olunan 505 səs baryerini keçərək deputatların 983 səsindən 759-nu alıb.

Beləliklə, Mattarella 1946-cı ildən ölkəyə rəhbərlik edən 12 siyasətçi arasında Corcio Napolitanodan sonra, ikinci müddətə İtaliya prezidenti seçilən ikinci oldu.

Mattarellanın andiçmə mərasimi fevralın 3-nə planlaşdırılıb, bundan sonra o, dövlət başçısı kimi ikinci yeddi illik fəaliyyətinə başlayacaq.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »