Aktyorun 85 yaşı var idi. O, uzun sürən xəstəlikdən sonra, dünyasını dəyişib.
Yanvarın 10-da aktyorun xəstəxanada olduğu məlum olub. Nəfəs almasında problem yaranıb, Kuravlevin vəziyyəti ağır qiymətləndirilib. 40 saylı Moskva Şəhər Klinik Xəstəxanasından aktyorun koronavirus testinin müsbət çıxdığını bildirib.
Yanvarın 17-də sənətçinin ağır vəziyyətdə reanimasiyada olduğu bildirilir. O, tənəffüs sisteminin zədələnmə sahəsində əhəmiyyətli bir artım göstərən ağciyər tomoqrafiyasından keçib. Həmçinin, Kuravlevdə qan damarlarına təsir edən və beyində qan dövranının pozulmasına səbəb olan serebrovaskulyar xəstəlik diaqnozu qoyulub.
Leonid Kuravlev “Belə bir oğlan yaşayır”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Afonya”, “Lebyajye reportajından”, “Sənin oğlun və qardaşın”, “Qızıl buzov” və “Həyat və heyrətamiz”, “Robinzon Kruzonun sərgüzəştləri”” filmlərində oynayıb.
Aktyor 1977-ci ildə xalq artisti adını alıb.