İrəvanda Rusiya və ABŞ səfirliklərini partlatmaqla hədələyən vətəndaş saxlanılıb
Ermənistanın paytaxtında Rusiya və ABŞ səfirliklərinin binalarını partlatmaqla hədələyən vətəndaş saxlanılıb.
İctimairey.az xəbər verir ki, bu barədə bu gün, yanvarın 30-da polisin mətbuat xidmətindən məlumat verilib.
“Yanvarın 25-də təxminən saat 16:50 polisə bir vətəndaşın Rusiya və ABŞ səfirliklərini partlatmaqla hədələməsi barədə siqnal daxil olub. Sözügedən şəxsin şəxsiyyəti polis tərəfindən müəyyən edilib və ertəsi gün o, polis bölməsinə aparılıb”, – deyə polisdən bildirilib.
İndi araşdırma aparılır və prosessual qərarın qəbulu üçün materialların hazırlanması gedir.