Əfqanıstanın suvarma və heyvandarlıq  nazirinin müavini baş prokuror təyin edilib

0

Əfqanıstanın kənd təsərrüfatı, suvarma və heyvandarlıq nazirinin müavini Şəmsuddin Şəriəti Əfqanıstan İslam Əmirliyinin baş prokuroru təyin edilib.

İctimairey.az xəbər verir ki, bu barədə bu gün, yanvarın 30-da Talibanın müvəqqəti hökumətində informasiya və mədəniyyət nazirinin ikinci müavini İnamullah Samanqani məlumat verib.

“Kənd təsərrüfatı nazirinin keçmiş müavini Şəriəti “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadənin fərmanı ilə baş prokuror vəzifəsinə təyin edilib”, – Samanqani bildirib.

Şəriəti Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə başlamazdan əvvəl Paktiya və Maydan Vardak əyalətlərində Taliban “qubernatoru” olub. Özü də Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətindəndir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »