DİN şəhidin adına protokol göndərilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib

0

Daxili İşlər Nazirliyi (DİN) Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan müxtəlif məzmunlu fikirlərə münasibət bildirib.

İctimairey.az xəbər verir ki, məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib: “52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomobilin sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib.

Bu məsələni siyasiləşdirmək cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır. Onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »