SON XƏBƏR: Nazarbayev Qazaxıstanda bütün mühüm postlardan məhrum edilib

0

Bu gün Qazaxıstanda hakim “Nur Otan” partiyasının qurultayı keçiriləcək və orada ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin yerinə hazırkı dövlət başçısı Qasım-Jomart Tokayev partiyanın sədri seçiləcək.

İctimairey.az xəbər verir ki, bu barədə mediya məlumat yayıb

Bir gün əvvəl Qazaxıstan Senatı ölkənin birinci prezidentini ömürlük Qazaxıstan Xalqları Assambleyasına və Təhlükəsizlik Şurasına rəhbərlik etmək imkanından məhrum edən düzəlişlər qəbul edib. Həmçinin deputatlar “Birinci Prezident – ​​Elbası haqqında” qanundan “daxili və xarici siyasətin əsas istiqamətləri üzrə inkişaf etdirilən təşəbbüslərin Nazarbayevlə əlaqələndirilməsi tələbini geri götürüb.

Qeyd edək ki, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə yalnız  ömürlük Respublika Konstitusiya Şurasında işləməyə, hökumətdə və parlamentdə çıxış etməyə icazə veriləcək.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »