İranda qadağan olunmuş İran Xalqının Mücahidlər Təşkilatının liderlərinin görüntüləri qəfil ekranlarda peyda olub.
İranın dövlət televiziyasına edilən haker hücumunda ölkənin terror təşkilatı kimi tanınan İran Xalq Mücahidləri Təşkilatının (İXMT) liderlərini tərifləyən video bir neçə saniyə ərzində yayımlanıb.
İXMT liderləri Merem və Mesud Rajevinin görüntüləri IRIB-nin (İran İslam Respublikasının dövlət televiziya və radio şirkəti) Birinci Kanalında yayımlanıb.
Bir neçə saniyə efirdə qalan videoda “Salam Rajevi!” və “Xamneyiyə ölüm!” kimi şüarlar yer alıb.
İctimairey.az xəbər verir ki, IRIB haker hücumu ilə bağlı açıqlamasında “Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar bir sıra korporativ kanallara hücum edib” deyə məlumat yayıb.
Korporasiya qeyd edib ki, Birinci Kanalla yanaşı, IRIB-ə daxil olan “Kuran TV” və “Pəyam” telekanalları, həmçinin “Cevan” radiostansiyası da haker hücumlarına məruz qalıb.