Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Moskvanın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı işlərinin davam etdiyini, geriyə addımların olmadığını bildirib.
İctimairey.az xəbər verir ki, bu barədə Türkiyə lideri NTV-yə müsahibəsində deyib: “Proses (çatdırılma) davam edir, geriyə addım yoxdur. Kimdən nə alacağımıza biz qərar veririk. S-400 tədarüklərimizin arxa planı özümüzdə gizlənən bir anlayışdır”, –
Rusiya və Türkiyə 2017-ci ildə S-400 hava hücumundan müdafiə sisteminin dörd divizionunun tədarükü üçün 2,5 milyard dollar məbləğində müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay və payız aylarında həyata keçirilib. Müqaviləyə başqa bir alay dəsti üçün seçim də daxil idi. 2021-ci il avqustun sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan ikinci S-400 alayını almağa şübhə etmədiyini bildirib.