“Son zamanlar diplomatiya mədəniyyətini tamamilə unudan ABŞ və onun avropalı müttəfiqləri ölkəmizi cilovlamaq üçün, səylərini ikiqat artırırlar.
İctimairey.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
“Sərhədlərimiz yaxınlığında getdikcə daha çox təxribat xarakterli hərbi manevrlərin keçirilməsinə, Kiyev rejiminin NATO orbitinə çəkilməsinə, onu öldürücü silahlarla təchiz etməsinə və Rusiya Federasiyasına qarşı birbaşa təxribatlar həyata keçirməyə sövq edilməsinə baxmaq kifayətdir”. nazir əlavə edib.