TikTok dünyanın ən sürətlə böyüyən brendi oldu

0

“Brand Finance” beynəlxalq reytinq agentliyi Dünyanın ən dəyərli və güclü brendlərinin illik hesabatını – “Qlobal 500-2022”ni dərc edib.

İctimairey.az “Brand Finance” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, son bir ildə brend dəyərini üç dəfə artıran TikTok dünyanın ən sürətlə böyüyən brendi seçilib.

TikTokun brend dəyəri 215% artımla 2021-ci ildəki 18,7 milyard ABŞ dollarından bu il 59 milyard ABŞ dollarına yüksəlib. TikTok Dünyanın 500 ən dəyərli brendi arasında 18-ci yeri tutub.

“2021-ci il ərzində bütün dünyada hələ də qüvvədə olan COVID-19 məhdudiyyətləri ilə rəqəmsal əyləncə, sosial media və video xidmətləri davamlı artım görüb və TikTok-un yüksəlişi media istehlakının necə dəyişdiyini göstərir. Asan və əyləncəli məzmun olduğundan TikTokun populyarlığı bütün dünyaya yayıldı və bağlanmalar zamanı insanların əlaqə qurması üçün bir yol təqdim etdi”, – hesabatda bildirilir.

“Apple” 355 milyard ABŞ dollarından çox rekord dəyərlə dünyanın ən dəyərli brend titulunu qoruyur, “Amazon” 2-ci və “Google” isə 3-cü yerdədir.

“WeChat” 100 baldan 93,3 bal toplayaraq AAA+ reytinqi ilə ardıcıl ikinci il dünyanın ən güclü brendi seçilib.

“Microsoft” şirkətinin Baş direktoru Satya Nadella, “Brand Finance Brand Guardianship Index 2022”də dünyanın ən yaxşı 250 CEO-su arasında birinci yerdədir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »