SON DƏQİQƏ: Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19-a yoluxub

0

Ermənistanın baş naziri Nikol Paşinyan COVID-19-a yoluxub və xəstəlik simtomatlar üzə çıxartmır.

İctimairey.az xəbər verir ki, bu barədə yanvarın 26-da ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Kabinetinin rəhbərinin keçdiyi koronavirus testinin nəticəsi müsbət çıxıb, hökumət əlavə edib.

“Baş nazir müəyyən edilmiş qaydada özünü təcrid edib, xəstəlik asemptomatikdir. Paşinyan öz fəaliyyətini uzaqdan həyata keçirəcək”, – bəyanatda deyilir.

2020-ci ilin iyununda Paşinyanda artıq COVID-19 var idi. Onun ailə üzvlərində də infeksiya aşkarlanıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »