Mənzil sahiblərinə Çıxarışın verilməmə  məsuliyyəti Kimin üzərindədir? Ekspertdən AÇIQLAMA

0

Son illər Bakıda tikilən yeni çoxmərtəbəli binalarda az sayda mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışı var. Yeni inşa edilən binalarda çıxarış problemi ilə bağlı məsələ uzun müddətdir ki, davam edir.

 Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, paytaxtda dövlət qeydiyyatına alınmayan kifayət qədər ev var. Sakinlər illərdir yeni tikilən binalardan ev alıb yaşasalar da, mənzillərinə tam mülkiyyətləri yoxdur. Yəni evlərinin çıxarışlarını ala bilməyiblər.
Ekspert çıxarışın verilməməsi, yaxud da gecikdirilməsində əsas məsuliyyətin mənzil-tikinti kooperativlərinin üzərinə düşdüyünü deyir.

Onun sözlərinə görə, hansısa şirkət tikinti işinə başlayırsa, bütün sənədlərə sahib olmalıdır. Bu sənədlər tam olmadıqda belə problemlər yaranır. Mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktının olması vacibdir.

Nofəl Quliyev deyir ki, MTK rəhbərləri  mənzil çıxarışı ona görə verməkdə maraqlı deyillər ki, evin alqı-satqısı zamanı vətəndaşlar tikinti şirkəti ilə müqavilə bağlayırlar. Bu da müəyyən gəlirin əldə edilməsi deməkdir.

Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova deyir ki, yeni tikilən binalarda çıxarış probleminə səbəb paytaxtda bəzi çoxmənzilli yaşayış binalarının tikintisinin qanunvericiliyin tələblərinə riayət olunmadan aparılmasıdır. Onun sözlərinə görə, mənzilə çıxarış almaq üçün bina mütləq qaydada istisimara verilməlidir.

Lalə Əkbərova xatırladır ki, ötən ilin dekabrın 31-nə qədər ölkə üzrə istisimarına icazə sənədi verilən yaşayış binalarında olan mənzillərə dair 46 min 235 çıxarış verilib. Bunlardan 45 min 146-sı Bakıda, 474-ü Gəncədə, 138-i Sumqayıtda və qalanları digər rayon və şəhərlərdə icra edilib.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »