Leonardo Di Kaprio evini 4,9 milyon dollara satır – FOTO

0

Leonardo Di Kaprio 4 il əvvəl aldığı Los-Ancelesdəki evini heç bir qazanc əldə etmədən 4,9 milyon dollara satır.

Oskarlı aktyor Leonardo Di Kaprio 2018-ci ildə məşhur müğənni Mobydən aldığı Los-Ancelesdəki evini satmaq üçün hərəkətə keçib.

47 yaşlı amerikalı aktyor avqust ayında 5 milyon 750 min dollara satışa çıxardığı, lakin alıcı tapa bilmədiyi evini bu dəfə qiyməti aşağı salaraq satır.

Di Kaprio ev üçün 4,895 milyon dollar qiymət qoyub. Halbuki o, evi alarkən Moby-yə 4,91 milyon dollar ödəmişdi. 1926-cı ildə Tudor dövrünün (İngiltərə və Uelsdə 1485-1603) memarlığına uyğun dizayn edilən ev bugünkü müasir memarlığı ilə tamamlanıb.

Hündür tavanları və geniş otaqları olan evdə üç kamin, gözəl mətbəxi, yemək otağı, kinoteatr otağı, hovuz və spa var.

Evdə iki böyük yataq otağı, iki əlavə yataq otağı, terras, idman zalı, ofis, həmçinin vanna otağı və buxar otağı olan qonaq yataq otağı var.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »