Florida sahillərində qayıq batdı: 39 nəfər itkin düşüb

0

ABŞ-ın Florida ştatı sahillərində qayığın batması nəticəsində 1 nəfərin xilas edildiyi, 39 nəfərin isə itkin düşdüyü açıqlanıb.

ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada Florida əyalətindəki Fort Pirs İnlet yaxınlığında bir qayığın batdığı və qayığa yapışaraq dayanan bir nəfərin xilas edildiyi bildirilib. Xilas edilən şəxsin hava şəraiti səbəbindən aşmış qayıqda daha 39 nəfərin olduğunu, heç kimin üzərində xilasedici jilet olmadığını dediyi bildirilib.

Qayığın şənbə günü Baham adalarından yola düşdüyü və itkin düşən 39 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Açıqlamada hadisənin “insan alveri” ilə bağlı olmasından şübhələndiyi vurğulanıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »