Etirazçıların binasına soxulmaq təhlükəsi ilə əlaqədar, Ali Radanın deputatları yeraltı gizli keçid vasitəsilə təxliyə edilib.
İctimairey.az xəbər verir ki, bu barədə PavlovskyNews teleqram məlumat yayıb
Ukrayna parlamentinin binasında yalnız jurnalistlər qalıb, onlara da yeraltı keçid vasitəsilə binanı tərk etmək təklif olunub.
Yanvarın 25-də, çərşənbə günü Kiyevin mərkəzində, Ali Radanın binası qarşısında sahibkarların aksiyası keçirilib. Onlar Vergi Məcəlləsinə kiçik və orta biznesin işini sadələşdirəcək dəyişikliklərin qəbulunu tələb ediblər. Tələblər arasında nəzarət-kassa aparatlarından məcburi istifadənin ləğvi də var.
Rada Ukrayna hakimiyyətinin gizli bunkerindən məlumatlar yayıb.
Kanalının məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hücum iştirakçılarını parlamentin divarlarından uzaqlaşdıra biliblər, lakin etirazçılarla polis və Milli Qvardiya arasında toqquşmalar davam edir. Toqquşmalarda bir nəfər öldüyü bildirilir.
Ən azı 20 mitinq iştirakçısı saxlanılıb, onlar avtobuslara mindirilib. İlkin məlumata görə, saxlanılanlar arasında etiraz aksiyasının təşkilatçılarından biri, sahibkarların hüquqları uğrunda ictimai hərəkatın lideri Sergey Dorotiç də var.
Ali Radaya hücumun qarşısı alındıqdan sonra, təhlükəsizlik qüvvələri mitinq iştirakçılarının ətrafına toplaşdıqları səhnəni dağıtmağa çalışıblar. Etirazçılar polis əməkdaşları ilə döyüşərək, onları səhnədən itələyib, aşağı salıblar.