Biləcəri qəsəbəsində şirkət əməkdaşını yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb

0

Bakıda şirkət əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.

Yanvarın 24-ü saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində “Rahat Telecom” MMC-də montajçı işləyən 1977-ci il təvəllüdlü Müseyib Cəfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İctimairey.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Müseyib Cəfərov metal dirəyə çıxıb internet kabeli çəkilişi işləri görən zaman üzərindən keçən yüsək gərginlikli elektrik naqilininə toxunub, elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »