10 bank mənfəət, 1 bank zərər açıqladı – SİYAHI

0

İndiyədək Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

İctimairey.az  “Marja”nın araşdırmasına görə bildirir ki, ötən ili, maliyyə göstəricilərini açıqlamış 11 bankdan 10-u xalis mənfəət ilə, 1-i xalis zərər ilə başa vurub.

Yanvar ayının sonunadək digər bankların da 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayacağı gözlənilir.

Mərkəzi Bankın statitikasına görə, Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət ilə başa vurub. 2020-ci illə müqayisədə ötən il bank sektorunun xalis mənfəəti 41,2 milyon manat və ya 7,2% artıb. Azərbaycanın bank sektoru 2020-ci ili 567,8 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »