Yanvarın 24-dən etibarən Bakı-Şuşa marşrutu üzrə fəaliyyətə başlayan ilk müntəzəm avtobus marşrutu üzrə 400-ə yaxın bilet satılıb. Bu istiqamətdə bütün biletlər fevralın 15-dək satılıb.
Bir qədər az olan Bakı-Ağdam-Bakı reysləridir, iki gündən bir həyata keçirilir, həmçinin Əhmədbəyli-Şuşa-Əhmədbəyli marşrutu.
Respublikanın paytaxtından Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama 6 saatdır. Turistlərə hər iki şəhəri ziyarət etmək üçün, iki saat vaxt verilir.
Bilet satış statistikası real vaxt rejimində həyata keçirildiyi üçün daim dəyişir.
İctimairey.az xəbər verir ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, zərurət yaranarsa, avtobusların və satışa çıxarılan biletlərin sayı artırıla bilər.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk avtobus marşrutlarının fəaliyyətə başlaması bu rayonların sosial, iqtisadi və humanitar inteqrasiyasında mühüm rol oynayacaq”, – deyə nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev ilk müntəzəm avtobus marşrutunun açılış mərasimində bildirib.
Qiymətlər bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla belədir:
– Bakı-Şuşa – 10.40 AZN
– Bakı-Ağdam – 9.40 AZN
– Əhmədbəyli-Şuşa – 7 AZN
– Bərdə-Ağdam- 5 AZN
– Füzuli Beynəlxalq Hava Limanı-Şuşa – 6 AZN